• Azərbaycan coğrafi olaraq III saat qurşağında yerləşsə də, nə üçün GMT+4 istifadə edirik? GMT nədir? UTC nədir? Dekret vaxtı (Decree time) nədir?
GMT - sözünün mənası "Qrinviç vaxtı ilə" (Greenwich Mean Time) olaraq bilinir. Günəşin orta vaxtına əsaslanan, tarixi vaxt zonasıdır.
UTC - sözünün mənası "Beynəlxalq koordinant vaxtı" deməkdir. 1963-cü ildən işlədilməyə başlayıb Fransızca "Temps Universal Coordonne" (qısası - TUC) və İngiliscəsi "Coordinated Universal Time" (qısası - CUT) olduğuna görə iki ölkə razılaşmayıb sonda UTC olaraq qısaltmaya razılaşdırılıb. UTC zamanı avtomatik hesabladığından GMT ilə arasında çox kiçik fərq var (0,9 san.). Ancaq gündəlik həyatımızda hər hansı bir dəyişiklik yaratmır yalnız profesiyanal işlərdə fərq yarada bilər. Atom saatlarına əsaslanan, daha dəqiq və müasir universal vaxt standartıdır.
Dekret vaxtı (Decree time) – Sovet İttifaqında 1930-cu ildə verilmiş fərmanla saatların 1 saatı irəli çəkilməsi idi. Bu işıqdan daha səmərəli istifadə və enerji qənaəti məqsədi ilə tətbiq olunmuşdur. Yay vaxtına keçiddən fərqli olaraq daimi idi.
Azərbaycan vaxtı – Ölkəmiz 1957-ci ilə kimi III saat qurşağından istifadə edirdi. 1957-ci ildən ölkəmizdə “dekret vaxtından” istifadə olunmağa başladı beləliklə IV saat qurşağından istifadə etmiş olduq. 1981-ci ildən yay vaxtına (DST-Daylight Saving Time) keçid tətbiq olundu (standart vaxtı 2 saat qabaqlamışıq) və müvafiq olaraq IV-V saat qurşaqlarından istifadə etmiş olduq. 1989-cu ildə Yay vaxtına keçid ləğv olunsada ölkəmizdə 1991-ci ildə ləğv olunub (və ya qərar verilib). Deməli yenə qayıtdıq III saat qurşağına (GMT+3). 1992-ci ildən Yay vaxtı tətbiq olunub, payızda saatlar geri çəkilməyib və saat qurşağı yenə dəyişmiş olub (GMT+4). 1996-cı ildən Yay vaxtına keçid yenidən tətbiq olunmağa başlayıb və qışda IV (GMT+4) yayda V (GMT+5) saat qurşaqlarından istifadə etmişik. 2016-ci ildən yay vaxtına keçid ləğv olunub və IV saat qurşağından (GMT+4) istifadə etmişik. Bununla da ölkəmizdə 1 standart qurşaq vaxtınadan istifadə olunmağa başladı. UTC əsas götürülsə Azərbaycanda saat yenə UTC+4 olaraq qəbul edilir.
Azərbaycanın “GMT+4” qalma səbəbləri – enerji qənaəti, regionla uyğunlaşma (bizdən qərbdəki qonşu ölkələr GMT+4 istifadə edir – Gürcüstan, Ermənistan), iş və ticarət əlaqələrini asanlaşdırır, biznes, nəqliyyat və beynəlxalq əlaqlərdə vaxt cədvəllərinin uyğunlaşmasını təmin edir.
... ən asası rəsmi vaxt GMT+4 olaraq qalır və praktik olaraq dekret vaxtı qüvvədədir