reklam

⊜ Məqalələr     ▦ 13.02.2025     ◔ ...

 • 1 sutka niyə 24 saatdır?

  Yer kürəsi öz oxu ətrafında tam bir dövrünü 23 saat 56 dəqiqə 4 saniyədə tamamlayır. Amma, biz sutkanı 24 saat olaraq hesablayırıq. Niyə?

  Bunun əsas səbəbi Yerin sadəcə öz oxu ətrafında fırlanması deyil. Öz oxu ətrafında fırlandığı müddət ərzində Yer Günəşin ətrafında dolandığı yolda da müəyyən yol getmiş olur. Yerin öz oxu ətrafında tam bir dövrə vurduğu zamanı hesablandığımız an 23 s 56 d 4 san çıxır. Bu müddət ərzində Yer öz orbitində də müəyyən yol gedir və onun gecəyə baxan üzü azacıq Günəşə çevrilməyə məcbur qalır. Bu bizi sutkanın bölünməsi üçün zamana 4 dəqiqəlik düzəliş verməyə məcbur edir.

  Bunu daha yaxşı başa düşməyiniz üçün yuxarıdakı şəkli düzəltmişik. Şəkildə də gördüyünüz kimi oradakı bucağın radian cinsindən ölçüsü təsviri olaraq vermişik və təxminən 4 dəqiqəyə bərabərdir.