Delimitasiya - latınca “delimitatio” , mənası “qeyd” deməkdir. Siyasi ədəbiyyatda və beynəlxalq hüquqda qeyd olunduğu kimi delimitasiya prosesi qonşu dövlətlərlə sərhəd xətlərinin müəyyən edilməsinin ilk mərhələsidir. Delimitasiya prosesi zamanı bir qayda olaraq, genişmiqyaslı xəritələr üzərində relyef, hidroqrafiya, yaşayış məntəqələri ətraflı göstərilir. Bu proses yekunlaşdıqdan sonra dövlət sərhədi xətti ilə bağlı müqavilə imzalanır.
Demarkasiya - fransızca “demarcation” , mənası “ayırma” deməkdir. Dövlət sərhədinin müəyyənləşdirilməsinin ikinci mərhələsidir. Demarkasiya əvvəldən hazırlanmış delimitasiya müqaviləsinə və ona əlavə olunan xəritə və təsvirlərə uyğun şəkildə dövlət sərhəd xəttinin yerində müəyyənləşdirilməsi və qeyd edilməsidir (Sərhəd nişanlarının basdırılması-Şəkil 1).
PS: Azərbaycan-İran, Azərbaycan-Türkiyə dövlət sərhəddi tam delimitasiya və demarkasiya olunub və eyni sərhəd xəttdində qalmışıq (Səbəb SSSR-İran, SSSR-Türkiyə sərhədləri olub). Azərbaycan-Rusiya dövlət sərhədi tam delimitasiya olunsada demarkasiya işləri hal-hazırdada davam edir. Azərbaycan-Gürcüstan sərhəd xətdində mübahisəli və ya tam dəqiqləşdirilməmiş sərhəd xəttimiz var. Delimitasiya və demarkasiya işləri davam etdirilir.